Biləcəridə 12 yaşlı qızı maşın vurub

Biləcəridə 12 yaşlı qızı maşın vurub Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Noyabr , 2019 21:41
Biləcəridə 12 yaşlı qızı maşın vurub

Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Aysun Hikmət qızı yolu keçərkən maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi