Biləcəri qəsəbəsində 38 yaşlı şəxsi avtomobil vurub

Biləcəri qəsəbəsində 38 yaşlı şəxsi avtomobil vurub Bu gecə daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
14 Sentyabr , 2019 22:39
Biləcəri qəsəbəsində 38 yaşlı şəxsi avtomobil vurub

Bu gecə daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Novruzov Elnur Əliabbas oğlunu avtomobil vurub.

Xəsarət alan piyada dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Ona, qapalı kəllə-beyin travması, başın əzilməsi diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi