Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın Biləsuvar rayonunun Xırmandalı kəndində iki qardaş güllələnib. “Report”un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, güllələnmiş kənd sakinləri Adış Novruzov və onun qardaşı Bayram Novruzov aldıqları güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisəni münaqişə zəminində törətmiş kənd sakini Fərhad İsmayılov könüllü olaraq Biləsuvar Rayon Polis Şöbəsinə gedib və hadisəni törədərkən istifadə etdiyi “Tula” markalı ov tüfəngini təhvil verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.