“Kubinka”da narkotik satışı ilə məşğul olan “Bibi”nin apellyasiya şikayəti təmin edilməyib

“Kubinka”da narkotik satışı ilə məşğul olan “Bibi”nin apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən Sənubər Lütfəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
15 Mart , 2019 09:50
“Kubinka”da narkotik satışı ilə məşğul olan “Bibi”nin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən Sənubər Lütfəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Lütfəliyevanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini “bibi” ləqəbli S.Lütfəliyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. O, “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olurmuş.

Son xəbərlər

Orphus sistemi