Beynəlxalq Bankın sabiq əməkdaşlarının məhkəməsində zərərçəkmiş ifadə verib

Beynəlxalq Bankın sabiq əməkdaşlarının məhkəməsində zərərçəkmiş ifadə verib Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş Sərdar Həsənov ifadə verib
Hadisə
1 Noyabr , 2017 11:34
Beynəlxalq Bankın sabiq əməkdaşlarının məhkəməsində zərərçəkmiş ifadə verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş Sərdar Həsənov ifadə verib.

O, Ə.Məmmədovla qohum olduğunu deyib: "Əlisultan bankda direktor işləyən zaman məni çağırıb dedi ki, kreditə pul lazımdır. Mənim adıma ilk dəfə 3 min manat kredit götürdü. Sonra bu məbləğ 10 minə qədər artdı. Krediti bir neçə dəfə bağlayıb və yenidən götürüb".

Zərərçəkmiş deyib ki, adına kredit götürülən zaman sənədlərə qol çəkib, kassadan pulu görürüb, Ə.Məmmədova verib. Amma həmin puldan ona çatmayıb. 

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmu. Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ttiham edilir. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi