Beynəlxalq Bankın sabiq əməkdaşının məhkəməsində sabiq filial müdiri ifadə verib

Beynəlxalq Bankın sabiq əməkdaşının məhkəməsində sabiq filial müdiri ifadə verib Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, Bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
17 Noyabr , 2017 17:13
Beynəlxalq Bankın sabiq əməkdaşının məhkəməsində sabiq filial müdiri ifadə verib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, Bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sahibpaşa Əliabbasov ifadə verib.

O, həmin dövrdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Şamaxı" filialının müdiri vəzifəsində çalışdığını söyləyib. Bildirib ki, filila rəhbərlik etdiyi zaman kreditlər qanuni şəkildə verilib: "Problemli kreditlərlə bağlı istintaqda da bir neçə dəfə ifadə vermişəm. Ayrı-ayrı şəxslərin adına kreditlərin ayrılması və həmin pulların mənimsənilməsi hadisəsindən xəbərim olmayıb.

Ə.Əliabbasov qeyd edib ki, hazırda tutduğu vəzifədən öz ərizəsi ilə azad edilib.

Məhkəmədə adına 3 min manata qədər kreditlər ayrılmış şəxslər də dindirilib. 

Şahid qismində tanınan və məhkəmənin bildirişlərinə məhəl qoymayan şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Daha sonra təqsirləndirilən Ə.Məmmədova vətəndaşlara dəymiş zərərin ödənilib-ödənilməməsi ilə bağlı sual verilib. O, hazırda maddi imkanının olmadığından zərərin qalan hissəsini ödəyə bilmədiyini bildirib.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Digər şəxslər də Bankın əməkdaşlarıdır. 

Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi