​Beynəlxalq Bankdan kredit götürərək qaytarmamaqda günahlandırılan iş adamının həbs müddəti artırılıb

​Beynəlxalq Bankdan kredit götürərək qaytarmamaqda günahlandırılan iş adamının həbs müddəti artırılıb Nərimanov Rayon Məhkəməsi iş adamı barəsində həbs qətimkan tədbirinin müddətini üç ay uzadıb
Hadisə
24 Fevral , 2016 19:51
​Beynəlxalq Bankdan kredit götürərək qaytarmamaqda günahlandırılan iş adamının həbs müddəti artırılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "Şəki İpək Aqro" MMC-nin icraçı direktoru Cavid Muxtarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

"Report"un əldə etdiyi məlumata görə, iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, daha əvvəl “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov və “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində də seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Xatırladaq ki, həmin şəxslər 2015-ci ilin may ayında saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Son xəbərlər

Orphus sistemi