​Beynəlxalq Banka 53 milyon dollar borcu olan iş adamı Bakı İstintaq Təcridxanasına köçürülüb

​Beynəlxalq Banka 53 milyon dollar borcu olan iş adamı Bakı İstintaq Təcridxanasına köçürülüb O, Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunurdu
Hadisə
6 Aprel , 2016 10:06
​Beynəlxalq Banka 53 milyon dollar borcu olan iş adamı Bakı İstintaq Təcridxanasına köçürülüb

Bakı. 6 aprel. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov Bakı İstintaq Təcridxanasına köçürülüb.

“Report”un əldə etdiyi məlumata görə, ötən ildən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunan iş adamı təcridxanaya aparılıb.

Xatırladaq ki, səhhətində problemlər olan R.Bəkirov 2015-ci il noyabr ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Qeyd edək ki, R.Bəkirov 2015-ci ildə saxlanılıb. Onun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 52 milyon 400 min dollar borcunun olduğu bildirilir. R.Bəkirov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

R.Bəkirov fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.

Son xəbərlər

Orphus sistemi