​Beynəlxalq Bank işinə görə tutulmuş daha 16 iş adamının həbs müddəti uzadılıb

​Beynəlxalq Bank işinə görə tutulmuş daha 16 iş adamının həbs müddəti uzadılıb Həbs müddəti artırılan iş adamlarının sayı 31 olub
Hadisə
26 Noyabr , 2015 11:56
​Beynəlxalq Bank işinə görə tutulmuş daha 16 iş adamının həbs müddəti uzadılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan daha 16 nəfər iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. “Report” xəbər verir ki, bununla da Beynəlxalq Bank işinə görə saxlanılan və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan iş adamlarının sayı 31 olub.

Həbs qətimkan tədbirinin müddətinin uzadılmasının səbəbi kimi onların əməllərinin ağırlığı, törətdiyi əməllərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət materiallarını gizlətmə, saxtalaşdırma, cinayət əməllərini yenidən törətmə göstərilib.

Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi