Beynəlxalq Bank Hafiz Məmmədovun şirkətini məhkəməyə verib

Beynəlxalq Bank Hafiz Məmmədovun şirkətini məhkəməyə verib İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
150
31 Mart , 2017 09:51
Beynəlxalq Bank Hafiz Məmmədovun şirkətini məhkəməyə verib

Bakı. 31 mart. REPORT.AZ/ "Azəbaycan Beynəlxalq Bankı" ASC "Baghlan Group FZCO" şirkətini və "Baghlan Treydinq" MMC Naxçıvan filialını məhkəməyə verib.

"Report"un əldə etdiyi məlumata görə, bank 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə) barədə tələb irəli sürüb.

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Baghlan Group FZCO" şirkətinin sahibi "Bakı" klubunun prezidenti Hafiz Məmmədovdur. 

Son xəbərlər

Orphus sistemi