Beynəlxalq Bank “Bakı Taksi” və “Baghlan Group” şirkətlərini məhkəməyə verib

Beynəlxalq Bank “Bakı Taksi” və “Baghlan Group” şirkətlərini məhkəməyə verib Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
14 Noyabr , 2017 16:26
Beynəlxalq Bank “Bakı Taksi” və “Baghlan Group” şirkətlərini məhkəməyə verib

Bakı. 14 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-ni məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Bank borcun tutulması barədə tələb irəli sürüb.

Lakin borcun məbləği açıqlanmayıb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti veriblər.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.

Son xəbərlər

Orphus sistemi