Beynəlxalq axtarışda olan gürcüstanlı Azərbaycana ekstradisiya ediləcək

Beynəlxalq axtarışda olan gürcüstanlı Azərbaycana ekstradisiya ediləcək Saxlanılan şəxs Tovuz Rayon Polis Şöbəsi tərəfindən beynəlxalq axtarışa verilmişdi
Hadisə
1 Fevral , 2018 15:30
Beynəlxalq axtarışda olan gürcüstanlı Azərbaycana ekstradisiya ediləcək

Bakı. 1 fevral. REPORT.AZ/ Ukraynanın Krivoy Roq şəhərində İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olan 33 yaşlı gürcüstanlı şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Dnepropetrovsk vilayətindəki Milli Polis Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Saxlanılan şəxsin xuliqanlıq törətdiyi üçün Azərbaycanın Tovuz Rayon Polis Şöbəsi tərəfindən beynəlxalq axtarışa verildiyi müəyyən edilib.

Hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası məsələsi həll olunur.

Son xəbərlər

Orphus sistemi