​Dövlətlərarası axtarışda olan Azərbaycan vətəndaşı Udmurtiyada həbs olunub

​Dövlətlərarası axtarışda olan Azərbaycan vətəndaşı Udmurtiyada həbs olunub Həmin şəxs mənzil toxunulmazlığını pozma maddəsi ilə axtarışda olub
Hadisə
9 İyul , 2015 12:34
​Dövlətlərarası axtarışda olan Azərbaycan vətəndaşı Udmurtiyada həbs olunub

Bakı. 9 iyul. REPORT.AZ/ İjevsk şəhərində Rusiya Daxili işlər nazirliyinin Udmurt Respublikası üzrə mühafizə polisi əməkdaşları 44 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə "Report" Rusiyanın Udmurt Respublikası üzrə Daxili İşlər nazirliyi mətbuat xidmətinə istinadən məlumat verir.

Verilən məlumata əsasən, həmin şəxs 2015-ci ilin mayından AR Cinayət məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Hazırda onun ekstradisiya olunması məsələsinə baxılır. 

Son xəbərlər

Orphus sistemi