Yuxarı

Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq olub

Qadının mobil telefonunu oğurlayan şəxs tutulub

Bakı. 3 avqust. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonundakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı şəhər sakini Arzu Abbasova məxsus mobil telefon oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Goranboy rayon sakini Elşad Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi