Bakı avtovağzalında çantadan 500 manat və 4 min dollar oğurlanıb

Bakı avtovağzalında çantadan 500 manat və 4 min dollar oğurlanıb Bakı Beynəlxalq Avtovağzal Kompleksində çantadan 500 manat və 4000 ABŞ dolları oğurlanıb.
Hadisə
5 İyun , 2023 11:39
Bakı avtovağzalında çantadan 500 manat və 4 min dollar oğurlanıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksində çantadan 500 manat və 4000 ABŞ dolları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də kompleksin qarşısında Bakı şəhər sakininin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi