Beyləqanda zəncirvari yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB - FOTO

Beyləqanda zəncirvari yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB - FOTO Hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb
Hadisə
23 Fevral , 2018 11:08
Beyləqanda zəncirvari yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB - FOTO
Report

Beyləqan. 23 fevral. REPORT.AZ/ Beyləqan rayonunda baş verən zəncirvari yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, 3 "VAZ-2107" markalı avtomobil və "BMW" markalı avtomobillər toqquşub. Nəticədə 1972-ci il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi 90 FK 510 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb. Avtomobilin sürcüsü E.Abdullayev və onun sərnişini 1978-ci il təvəllüdlü Arif İmrəliyev  hadisə yerində ölüb. Hadisə zamanı 1987-ci il təvəllüdlü Kənan Mirzəyevin idarə etdiyi 10 TO 725 dövlət qeydiyyat nömrə nişanlı "BMW" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Elnur Bəndəliyev, digər iki VAZ-2107" markalı avtomobillərin sürücüləri - Nəsimi Allahverdiyev və Cəmil Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstyəxanasına çatdırılıb. 


***22:47
Beyləqan. 22 fevral. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən  zəncirvari yol-nqəliyyat hadisəsi  baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır. 

Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi