​Beyləqanda yolu keçən şəxsi həmkəndlisi avtomobillə vurub

​Beyləqanda yolu keçən şəxsi həmkəndlisi avtomobillə vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Oktyabr , 2015 13:47
​Beyləqanda yolu keçən şəxsi həmkəndlisi avtomobillə vurub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, rayonun 1-ci Şahsevən kəndində kənd sakini Xeyrulla Quliyev idarə etdiyi “QAZ-2705” markalı avtomobillə yolu keçən həmkəndlisi Fərhad Həsənovu vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi