Yuxarı

​Beyləqanda telefon dirəyindən keçən hava rabitə kabeli yanıb

Hadisə axşam saatlarında baş verib

Bakı. 13 may. REPORT.AZ/ Beyləqan şəhərində traktorun qoşqusuna yığılmış vətəndaşa məxsus 3 ton ot bağlamasının 1 tonu və telefon dirəyindən keçən hava rabitə kabeli 20 p.m yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda yerləşən yaşayış evinin qarşısında quraşdırılmış qaz sayğacı əriyib.

Ot bağlamasının və kabelin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi