Beyləqanda dərsdən çıxan 3 məktəbli qızı avtomobil vurub

Beyləqanda dərsdən çıxan 3 məktəbli qızı avtomobil vurub Beyləqan rayonunda dərsdən qayıdan 3 məktəbli qızı avtomobil vurub.
Hadisə
4 Oktyabr , 2019 17:45
Beyləqanda dərsdən çıxan 3  məktəbli qızı avtomobil vurub

Beyləqan rayonunda dərsdən qayıdan 3 məktəbli qızı avtomobil vurub.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun 1-ci Şahsevər kəndində şagirdlərin məktəbin həyətindən çıxan vaxt baş verib.

Belə ki, rayon sakini Vüsal Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə məktəbin yanından keçərkən 3 məktəbli qızı vurub. 

Xəsarət alanlar rayonun 1-ci Şahsevər kənd sakinləri - 2005-ci il təvəllüdlü Aynur Kərimli, Rəqsanə CəfərliDuyğu Ələkbərli Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi