Beyləqanda iki yaşlı uşaq eyvandan yerə yıxılıb

Beyləqanda iki yaşlı uşaq eyvandan yerə yıxılıb Körpənin vəziyyəti orta-ağırdır
Hadisə
6 noyabr 2017 01:04
Beyləqanda iki yaşlı uşaq eyvandan yerə yıxılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Beyləqan rayonunda körpə eyvandan yerə yıxılaraq ağır xəsarət alıb.

"Report" xəbər verir ki, rayonun Dünyamalılar kəndində 2015-ci il təvəllüdlü Zülfüqarov Adəm Elməddin oğlu yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb.

Körpə ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi