Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alan var

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alan var Beyləqanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Avqust , 2021 03:13
Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alan var

Beyləqanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Beyləqan rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Hüseynova Zəhra Bəhruz qızı ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi