Yuxarı

Beyləqanda evin həyətində külli miqdarda mərmi tapılıb

Mərmilər ANAMA-nın əməkdaşlarına təhvil veriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Beyləqanda evin həyətində külli miqdarda mərmi tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin rəsmi saytında yayılan məlumatda bildirilir.

Belə ki, rayon sakini Fəqan Nuruyev yaşadığı Xacınabad qəsəbəsindəki evinin həyətində qazıntı işləri apararkən 20 ədəd mərmi tapıb. Mərmilər ANAMA-nın əməkdaşlarına təhvil veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi