Beyləqanda evdən qızıl-zinət əşyaları və pul oğurlanıb

Beyləqanda evdən qızıl-zinət əşyaları və pul oğurlanıb Beyləqan. 5 fevral. REPORT.AZ/ Beyləqan rayonunda oğurluq hadisəsi baş verib.
Hadisə
5 Fevral , 2018 18:44
Beyləqanda evdən qızıl-zinət əşyaları və pul oğurlanıb

Beyləqan. 5 fevral. REPORT.AZ/ Beyləqan rayonunda oğurluq hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Örənqala qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri Nizami İslam oğlu Nağıyev və Yaşar Fəxrəddin oğlu Hacıyev əvvəlcədən planlaşdırmaqla həmkəndliləri Yasin Əfrasiyab oğlu Çərkəzova məxsus evdən 3500 manat dəyərində qızıl-zinət əşyası və 2000 manat pul oğurlayıblar.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam etdirilir

Son xəbərlər

Orphus sistemi