Beyləqanda döyülərək öldürülən qızın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Beyləqanda döyülərək öldürülən qızın şəxsiyyəti məlum olub - YENİLƏNİB Beyləqan rayonunda döyülərək öldürülən qızın şəxsiyyəti məlum olub.
Hadisə
9 Oktyabr , 2019 15:50
Beyləqanda döyülərək öldürülən qızın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Beyləqan rayonunda döyülərək öldürülən qızın şəxsiyyəti məlum olub.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu, rayonun Yuxarı Aran kənd sakini Aygün Quliyevadır.


***14:46

Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb. 

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb. 

Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi