Beyləqanda daha 2 COVID-19 xəstəsinə cinayət işi başlanıldı

Beyləqanda daha 2 COVID-19 xəstəsinə cinayət işi başlanıldı Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
19 Dekabr , 2020 11:49
Beyləqanda daha 2 COVID-19 xəstəsinə cinayət işi başlanıldı

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon sakinləri - L.Orucova və Q.Quliyevin koronavirus pandemiyasına yoluxmalarına baxmayaraq, yaşadığı ünvanı tərk edərək karantin rejiminin tələblərini pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldıqları müvafiq ünvanlara aparılıblar.

Beyləqan RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi