Bakı. 27 mart. REPORT.AZ/ Beyləqan rayonunun mərkəzindən 13 km aralıda yerləşən Eyvazalılar kəndində "BMW" markalı minik avtomobili yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.