Beyləqanda avtomobil velosipedlə yolu keçən şəxsi vuraraq öldürüb - YENİLƏNİB

Beyləqanda avtomobil velosipedlə yolu keçən şəxsi vuraraq öldürüb - YENİLƏNİB Beyləqanda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən velosipedçinin şəxsiyyəti məlum olub.
Hadisə
18 Noyabr , 2019 14:34
Beyləqanda avtomobil velosipedlə yolu keçən şəxsi vuraraq öldürüb - YENİLƏNİB

Beyləqanda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən velosipedçinin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Vasif Qəmbər oğlu Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Qarallar kənd sakini, 1976-cı il təvəllüdlü  Fərhad Məhəmməd oğlu Əhmədovu vurub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Beyləqan rayon şöbəsinə yerləşdirilib. 


*** 12:41

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonunun İmamverdilər kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin ərazisində veolsopedlə hərəkətdə olan yerli sakii avtomobil vurub. 

Nəticədə hələlik şəxsiyyəti məlum olmayan velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi