Bakı. 25 iyun. REPORT.AZ/ Beyləqan rayonunda piyadanı avtomobil vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 24-də saat 1 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsində Füzuli rayon sakini Zaur Gülmalıyev “VAZ-21063” markalı avtomobillə yolu keçən Mil qəsəbə sakini Xanalı Xankişiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Beyləqan rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.