Beyləqanda 55 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Beyləqanda 55 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Sentyabr , 2022 07:38
Beyləqanda 55 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun mərkəzi hissəsində avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Süleymanov Azər Fərrux oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək, qapalı kəllə-beyin travması, baş-beyin əziyi və qabırğaların sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi