Beyləqanda 35 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır

Beyləqanda 35 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
142
7 Dekabr , 2021 02:17
Beyləqanda 35 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Əliyeva Qumru Rafiq qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona ənsə nahiyəsinin əzilmiş-kəsilmiş yarası və alının sol para orbital almacıq nahiyəsinin əzikləri diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğu üçün o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi