Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - VİDEO

Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - VİDEO Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü Beyləqan rayonunda da dərin hüznlə qeyd edilib.
Hadisə
125
20 Yanvar , 2020 17:20
Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - VİDEO

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü Beyləqan rayonunda da dərin hüznlə qeyd edilib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, yüzlərlə rayon sakini şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edib.

Belə ki, Beyləqan şəhərinin 20 Yanvar küçəsindəki “Şəhidlər” abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.

Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.

Son xəbərlər

Orphus sistemi