Beyləqan sakinini bıçaqlayan şəxs saxlanılıb

Beyləqan sakinini bıçaqlayan şəxs saxlanılıb Beyləqan rayon sakinini bıçaqlayan şəxs saxlanılıb.
Hadisə
5 Yanvar , 2022 12:37
Beyləqan sakinini bıçaqlayan şəxs saxlanılıb

Beyləqan rayon sakinini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 25-də Beyləqan rayon sakini R.Dəmirliyə bıçaqla xəsarət yetirməkdə və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağayev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi