Yuxarı

Beyləqan sakini həmkəndlisini qayçı ilə öldürüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 21 sentyabr. REPORT.AZ/ Beyləqanda həmkəndlisini qayçı ilə öldürən şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəmsi saytına istinadən xəbər verir ki, hadisə rayonunun Örənqala kəndində baş verib. 

Məlumata əsasən, Beyləqan rayonunun Örənqala kəndindəki çayxanada kənd sakini Elçin Qarayev münaqişə zəminində həmkəndlisi Şəmistan Qəhrəmanova qayçı ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ş.Qəhrəmanov orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi