Bakı. 13 yanvar. REPORT.AZ/ Beyləqan rayonunda qətl törədən şəxs saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun SMD-4 qəsəbəsindəki 1 saylı yataqxanada Malikə Hüseynovanın bıçaqla qətlə yetirilən meyiti tapılıb. Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Tural Bəhrəmov tutulub.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq davam edir.