Beton zavodunun direktoru müəssisənin sahibinə qarşı 42 min manatlıq dələduzluq edib

Beton zavodunun direktoru müəssisənin sahibinə qarşı 42 min manatlıq dələduzluq edib Zavodun sahibi Azərbaycanın əməkdar mühəndisidir
Hadisə
24 Yanvar , 2017 17:12
Beton zavodunun direktoru müəssisənin sahibinə qarşı 42 min manatlıq dələduzluq edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Binəqədi Beton Zavodunun direktoru bu müəssisənin sahibinə qarşı dələduzluq etməkdə ittiham olunur.

“Report”un xəbərinə görə, zavodun sahibi 1959-cu il təvəllüdlü Nuşravan Cəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, həmin müəsissədə direktor vəzifəsində işləyən 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov onu aldadaraq 42 min manat pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Cəlilov Azərbaycanın əməkdar mühəndisidir.

Son xəbərlər

Orphus sistemi