Beş avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub

Beş avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub Araşdırmalar davam etdirilir
Hadisə
11 Mart , 2017 12:38
Beş avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub
Gettyimages.com

Biləsuvar. 11 mart. REPORT.AZ/ Beş avtomobil qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Tahir Abdinov və Natiq Muradov tutulub.

"Report"un Cənub bürosu xəbər verir ki, həmin şəxslər ötən il mayın 16-dan bu il martın 5-dək olan müddətdə 5 avtomobili qaçırmaqda şübhəli bilinirlər.

Tahir Abdinov və Natiq Muradov Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs əvvəllər məhkum olunub.

Son xəbərlər

Orphus sistemi