Yuxarı
    Bağlamaq

    Bərdəyə yağan dolu təsərrüfat sahələrinə ziyan vurub - VİDEO

    Ağacların meyvələri yerə tökülüb, taxıl zəmilərində sünbüllər qırılıb© Report.az

    Bakı. 27 may. REPORT.AZ/ Bərdəyə yağan dolu nəticəsində meyvə ağaclarına və təsərrüfat sahələrinə ziyan dəyib, ağacların meyvələri yerə tökülüb, taxıl zəmilərində sünbüllər qırılıb.

    "Report"un Qarabağ bürosu xəbər verir ki, Günün ikinci yarısı düşən və bir neçə dəqiqə davam edən dolu yollarda hərəkətdə olan avtomobillərə də ziyan vurub. Onun ölçüsü təqribən 2-3 sm olub.

    Qısamüddətli olduğundan evlərin dam örtüklərinə ciddi ziyan dəyməyib.

    Sakinlərin sözlərinə görə, rayonun kəndləri ilə yanaşı, mərkəzdə də dolu nəticəsində yerdə buz qatı yaranıb.

    Hələlik yağan dolunun rayon ərazisində hansı fəsadlar törətdiyi müəyyənləşməyib. Bu istiqamətdə rayon Fövqəladə Hallar Komissiyası araşdırmalar aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi