Yuxarı
    Bağlamaq

    Bərdənin Qasımbəyli kəndində at əti aşkarlanıb

    Bu, son zamanlar Bərdə rayonunda aşkarlanan 3-cü belə hadisədir

    Bakı. 29 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Bərdə rayon Baytarlıq İdarəsi və Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu Qasımbəyli kənd sakini Hamlet Əli oğlu Quliyeva məxsus xüsusi əraziyə baxış keçirilib. Bu barədə “Report”a DBNX-nin mətbuat xidmətindən məlumat verilib.

    Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, şaqqalara ayrılmış 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazımatlar aşkar olunub.

    Aşkar edilmiş, şaqqalara bölünmüş hissələrdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

    Qasımbəyli kənd sakini H.Quliyeva məxsus xüsusi ərazidə aşkar edilən ümumi çəkisi 125 kq olan at cəmdəyi isə müayinələr başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

    Bu, son zamanlar Bərdə rayonunda aşkarlanan 3-cü analoji hadisədir. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi