Yuxarı

​Bərdənin Kətəlparaq kəndi ilan sürülərinin hücumuna məruz qalıb

Sakinlər vəziyyətdən çıxış yolu axtararaq adiyyəti qurumlardan kömək istəyir

Bakı. 15 aprel. REPORT.AZ/  Bərdə rayonunun Kətəlparaq kəndində Ağdam və Kəlbəcərdən olan 11 məcburi köçkün ailəsinin məskunlaşdığı məktəb ərazisi ilanların hücumuna məruz qalıb. Ərazidə məskunlaşan sakinlər "Report"a bildiriblər ki, real təhlükə ilə üzləşiblər. Məcburi köçkün Aidə Hacıyevanın sözlərinə görə, ilanlara görə uşaqları evdən həyətə buraxa bilmirlər: "İlanlar uşaqların ətrafında dolanırlar. Qonşuların köməyi ilə ilanlardan bir neçəsini öldürmüşük". 

Məcburi köçkün Aynurə Yahıyayevanın bildirdiyinə görə, ilanların evlərə girməsinə səbəb onların 20 ildən çoxdu ki, yaşadıqların evlərin torpaqdan olmasıdır.Torpaqdan tikilən evlərin hasarlarında ilanlar özlərinə məskan salıb. Sakinlər ilanların belə tez çıxmasının səbəbini yaxınlıqda yerləşən köhnə məktəb tikilinin sökülməsində görürlər. Sakinlər ilanları özləri məhv etsələr də kəndlərdə sürünənlərin sayı günü gündən artır. Məcburi köckünlərin sözlərinə görə, ərazidə bu qədər sürünənlərin çoxalması ilə ilk dəfədir qarşılaşırlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi