Bərdəni zəhərli tüstü və yanıq qoxusu bürüyüb

Bərdəni zəhərli tüstü və yanıq qoxusu bürüyüb Bərdə şəhərinin yaxınlığında yerləşən məişət tullantıları poliqonunda yanğın baş verib
Hadisə
23 Noyabr , 2015 22:26
Bərdəni zəhərli tüstü və yanıq qoxusu bürüyüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bərdə şəhərini tüstü-yanıq qoxusu bürüyüb.

"Report"un məlumatına görə, yerli sakinlərin sözlərinə görə, axşam saatlarında Bərdə şəhərinin yaxınlığında yerləşən məişət tullantıları poliqonunda yanğın baş verib.

Nəticədə ətraf bölgəni zəhərli tüstü və yanıq qoxusu bürüyüb. Hətta şəhərin mərkəzində belə nəfəs almaq müşkülə çevrilib.

Son xəbərlər

Orphus sistemi