Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralanıb - SİYAHI

Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralanıb - SİYAHI Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 May , 2017 10:44
Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralanıb - SİYAHI
Report.az

Bərdə. 18 may. REPORT.AZ/ Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili ilə iki minik maşının toqquşması nəticəsində beş nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar:

İlham Quliyev;

Elqəm Hüseynov;

Səxavət Quliyev;

Ramiz Quliyev;

Elsevər Hüseynov. 

Xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralıların beşinin də  vəziyyəti ağırdır: "Yaralılara ilkin tibbi yardım göstərilib və Travmatologiya şöbəsinə yerləşdirilib". 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi