Bərdədə yük avtomobili ilə traktor toqquşub, bir nəfər ölüb

Bərdədə yük avtomobili ilə traktor toqquşub, bir nəfər ölüb Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
12 Avqust , 2017 11:52
Bərdədə yük avtomobili ilə traktor toqquşub, bir nəfər ölüb

Bakı. 12 avqust. REPORT.AZ/ Bərdə rayonunda yük maşını ilə traktorun toqquşması nəticəsində bir nəfər ölüb.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi “Shacman” markalı yük maşını ilə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi “MTZ-80” markalı traktoru vurub.

Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi