Bərdədə yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bərdədə yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub - YENİLƏNİB Bərdə. 23 Avqust. REPORT.AZ/ Bərdədə yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub
Hadisə
23 Avqust , 2018 23:12
Bərdədə yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bərdə. 23 Avqust. REPORT.AZ/ Bərdədə yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub

"Report"un Qarabağ bürosuna Bərdə rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yol qəzası zamanı dörd nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Bunlar Bərdə rayon sakinləri, "VAZ" markalı avtomobilin sürücüsü Orxan Süleymanov və sərnişin 23 yaşlı Nərgiz Məmmədova və digər avtomobillərin sürücüləri, Elman Cəfərov, Akif Məmmədovdur.

Yaralı qadının bədənində və ayağında sınıq və əzik xəsarətləri olduğu üçün xəstəxananın Travmatologiya Şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır. Digər yaralılar isə ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


***18:46

Bərdə 23. Avqust. REPORT.AZ/ Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21011" markalı avtomobillə Mercedes və "VAZ-21-099" markalı avtomobillər bir birinə deyib. Qəza zamani "VAZ-21011" markalı avtobilin sürücüsü və 2 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi