Bərdədə yol qəzasında 6 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Bərdədə yol qəzasında 6 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Bərdə rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsaərt alan şəxslərin adları məlum olub.
Hadisə
2 noyabr 2019 15:29
Bərdədə yol qəzasında 6 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Foto: "Report"

Bərdə rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsaərt alan şəxslərin adları məlum olub. 

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Hüseynov Əli Allahverdi oğlu, 1988-ci il təvəllüdlü Aslanova Səbinə Zakir qızı, 2011-ci il təvəllüdlü Aslanov Röyal Emin oğlu, 2010-cu il təvəllüdlü Aslanov Elxan Emin oğlu, 2005-ci il təvəllüdlü Bayramov Vahid Daşqın oğlu və 1992-ci il təvəllüdlü Abışov Ağamurad Əsəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılblar. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.


*** 18:01

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-21010” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi