Bərdədə yol qəzasında 4 nəfər ağır xəsarət alıb - ƏLAVƏ OLUNUB

Bərdədə yol qəzasında 4 nəfər ağır xəsarət alıb - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Oktyabr , 2017 09:31
Bərdədə yol qəzasında 4 nəfər ağır xəsarət alıb - ƏLAVƏ OLUNUB
Report

Bərdə. 18 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Gərənə kəndi ərazisində baş verib. 

Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Xəlil Teymur oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan, Vasif Vaqif oğlu İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər -  17 yaşlı Namiq Hafiz oğlu Əvəzov, 17 yaşlı Kənan Murşud oğlu Teymurlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi