Bərdədə yol qəzasında 1 nəfər ölüb, biri azyaşlı olmaqla, 4 nəfər yaralanıb

Bərdədə yol qəzasında 1 nəfər ölüb, biri azyaşlı olmaqla, 4 nəfər yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Dekabr , 2015 15:12
Bərdədə yol qəzasında 1 nəfər ölüb, biri azyaşlı olmaqla, 4 nəfər yaralanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bərdə rayonunda minik avtomobili ilə yük maşını toqquşub. "Report"un məlumatına görə, hadisə Yevlax-Ağcabədi yolunun 35-ci kilometrliyində, rayonunun Hacalı kənd ərazisində baş verib.

Belə ki, Samir Bayramov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə qarşı tərəfdən gələn Hüseyn Cəfərovun idarə etdiyi "QAZel" markaklı yük maşını ilə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yolun kənarına çıxıb. Nəticədə minik avtomobilinin sürücüsü ölüb, daha 3 nəfər isə ağır yaralanıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. 

Xəstəxanadan "Report"a bildirilib ki, sürücü, 34 yaşlı Samir Bayramovun həyatını xilas etmək mümkün olmayıb: "Digər yaralılar Sevinc Quluyeva, Rauf Quluyev, həmçinin 13 yaşlı Uğurbəyli Cəfərov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Hər üç yaralının vəziyyəti ağırdır". 

"QAZel" markalı yük avtomobilinin sürücüsü Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi