Bərdədə yol qəzası olub, xəsarət alanlar var

Bərdədə yol qəzası olub, xəsarət alanlar var Bərdə. 12 noyabr. REPORT.AZ/ Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Noyabr , 2018 23:03
Bərdədə yol qəzası olub, xəsarət alanlar var

Bərdə. 12 noyabr. REPORT.AZ/ Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Soğanverdilər kəndində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobilinin digər avtomobillə toqquşması nəticəsində avtomobilin sürücüsü və sərnişinləri - 1986-cı il təvəllüdlü Abbasov Nemət Şakir oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Asif Rizvan oğlu, 1993-cü il təvəllüdlü Fərhadlı Loğman Cabir oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi