Yuxarı
    Bağlamaq

    Bərdədə yol qəzası olub, xəsarət alanlar var

    Dinlə
    © Report

    Bərdə. 19 noyabr. REPORT.AZ/ Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "VAZ-2107" markalı avtomobil toqquşub. 

    Hadisə nəticəsində iki nəfər, Ağcabədi rayon sakinləri - 1968-cu il təvəllüdlü Böyükağa Ağakişiyev və 1989-cu il təvəllüdlü Sənan Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

    Faktla bağlı araşdırmalara başlanılıbş

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi