Bərdədə yol qəzası baş verib, xəsarət alanlar var

Bərdədə yol qəzası baş verib, xəsarət alanlar var Bərdə. 29. Sentyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib.
Hadisə
29 Sentyabr , 2018 14:31
Bərdədə yol qəzası baş verib, xəsarət alanlar var

Bərdə. 29. Sentyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib. 

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Buəhmədli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"da olan iki sərnişin - 1993-cu təvəllüdlü Lamiyə Şəfa qızı Ağayeva və Nazilə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi