Bərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb

Bərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb Koroğlu küçəsində iki "jiquli" toqquşub
Hadisə
4 Sentyabr , 2016 14:07
Bərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb

Bərdə. 4 sentyabr. REPORT.AZ/ Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza şəhərin Koroğlu küçəsində iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi